Əvəz Zeynallının cinayət işinə bu hakim baxacaq - ÖZƏL

  • By admin
  • 15 Mart 2023 13:08

Hazırda həbsdə “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Gununsesi.info-nun xəbərinə görə, jurnalistin cinayət işinin materialı hakim Əli Məmmədovun icraatına verilib.Qeyd edək ki, Əvəz Zeynallı ilə birlikdə sonradan həbs olunan Elnur Şükürov da onunla birgə mühakimə olunacaq.

İstintaq hər iki şəxsə Cinayət Məcəlləsinin 308, 314, 311.3.3-cü   maddələri ilə ittiham verib.

Əvəz Zeynallıya qarşı ittihamlar yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən tənqid edilib.

Beynəlxalq qurumlar hökuməti  Əvəz Zeynallını azad etməyə  çağırıb.

Jurnalist ittihamları rədd edir, həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

 

Mais

Gununsesi.info