Sınağın keçirilməsini Putinə həvalə etdilər - VİDEO

  • By admin
  • 15 Mart 2023 13:12

Rusiya prezidenti Vladimir Putin Ulan-Ude Aviasiya Zavodunda ağır sinifli Mi-171A2 helikopterinin pilotları üçün simulyatoru sınaqdan keçirib.

Uçuş təlimatçı ilə həyata keçirilib. Prezident sükan arxasında əyləşən zaman simulyator helikopterin qalxmasını, şəhər şəraitində uçuşunu və enişini simulyasiya edib.

Məlumata görə, prezident bir neçə sərt manevr edib və günün vaxtının dəyişməsini (simulyatorla) maraqla izləyib.

Qeyd edək ki, ağır sinifli Mi-171A2 hazırda istifadə olunan Mi-8/17 tipli helikopterlərin ən müasir modifikasiyasıdır.

Gununsesi.info