Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman Azərbaycanla Britaniya arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Dankan Norman bugünkü mətbuat konfransında deyib.
“Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir və mən bu tərəfdaşlığın inkişafını təmin etməkdə qərarlıyam”, – deyə səfir bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında otuz ildən çox əməkdaşlıq tarixi var.
“Bu münasibətlər enerji sahəsində başlayıb. BP-nin qabaqcıl investisiyası Azərbaycanın müasir iqtisadi tarixinin formalaşmasına töhfə verib və biz hələ də həmin sağlam təməlin üzərində inşa etməyə davam edirik.
Hazırda Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq enerji sahəsi ilə məhdudlaşmır.
“Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və hər iki tərəfdə də dərin köklər salan xalqlararası əlaqələri ehtiva edir”.
Dunkan Norman hökumətlər arasında münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini də vurğulayıb:
“Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək”.
Şəbnəm






