İyirmi ildən çox tanıdığım, dostum və oxucum olan bir xanım14 Fevral – Sevgililər Günüylə bağlı yazıb: “Həyatımdaromantik münasibət görmədim”.
İkinci nikahda olan, iki uşaq böyüdən xanımın yaşı 50-yə yaxınlaşsa da, çətin bir həyat, o cümlədən qaçqınlıq yaşasa da, gözəlliyi, məlahəti solmayıb, cazibəsi itməyib. Bu bir yana, heç gözəl olmasaydı belə, ağlı-savadı, məlahəti, rəgbət, simpati və məhəbbət doğuracaq, kişi ürəyini fəth edə biləcəkbir xanımdır. Bu səbəbə onun etirafı məni kədərləndirdi, amma təəccübləndirmədi…
Həm də 30-35 il öncə ərli, iki uşaq anası olan başqa birkişilərin diqqətini çəkən xanımın etirafını yadıma saldı. Məndən iki-üç yaş kiçik, imkanlı və yaxşı ailənin qızı, məlahətli və cazibədar xanım etiraf etmişdi ki, bir dəfəqonaqlıqda, masa arxasında yanlarında oturan bir gəncinsüfrənin altında nişanlısının əlini xəlvətcə tutduğunu, tumarlamasını görmüş və o qıza həsəd aparmışdı.
“Mən ərimdən heç vaxt belə münasibət, heç bir nəvazişgörməmişəm”, – demişdi.
Zəngin cinsi həyat sürən, çoxlu macəraları olan, amma sevgivə romantik hisslərin nə olduğunu bilməyən milyonlarla adamvar. Bu insan qəlbinin bir kövrək xüsusiyyəti və bəxtməsələsidir.
Təqsir ərlərində, biz kişilərdədir ki, xanımlara bu hissləri, münasibəti, ovqatı yaşatmırıq, yaşada bilmirik? Kişilərinmütləq əksəriyyəti sevgilisini ilk dəfə öpdüyü günü, toyununtarixini bir müddət sonra unudur, amma qadın heç vaxtunutmaz.
Toy buketindəki qızılgüllərin ləçəyini qurudub onillərləsaxlamaq hansı kişinin ağlına gələr? Amma qadınlar saxlayır. Qadınla kişi xasiyyətinin, ürəyinin, duyğularının kövrəkliyininfərqi budur. Amma, başqa tərəfdən, bəlkə, təqsir qadınınözündədir ki, hüzurunda kişilər nəsə romantik bir söz, əməl, hərəkətdən çəkinib? Belə qupquru ya zəhmli xanımlar da görmüşəm, tanımışam, az da olsa…
Bəlkə, “heç zaman romantik münasibət görmədim” deyəngözəl xanım yanılır? O mənada ki onun da həyatındaarzuladığı, can atdığı romantik münasibət, anlar, saatlar, aylar-günlər olub, amma onları görməyib, anlamayıb, romantiksaymayıb?
Tək qadınlara yox, kişilərə də, bütün insanlara xas olan birözəllikdi – malik olduğunun qədrini bilməmək, dərk etməmək. Romantika yalnız Baham, Bermud, Kanar ya Maldivadalarının bahalı hotellərində bal ayı keçirmək, gözəl biraxşam dəniz üzərindəki körpüdə, ya dənizə baxan eyvandaşam işığında şam eləmək deyil.
HAŞİYƏ
Xatırlayıram ki, illər öncə Bakıdakı hansısa turizm şirkətixaricilər üçün Valentines Day – fevralın 14-də Qız Qalasınınüstündəki meydançada şam işığında, qızılgüllərlə bəzədilmişvə başqa belə atributlu masa arxasında yüz min dollara başagələn romantik şam yeməyi təklif edirdi. Bilmirəm, Qızqalasının zirvəsində o romantik axşama gələn oldu, ya yox?
Ümumiyyətlə, məsələ pulda deyil. Əks halda, on-on iki iləvvəl nazirlərimizdən birinin xanımı milyonçu ərini ataraq az imkanlı ya imkansız sevgilisinə, öz fitness məşqçisinə qoşulubqaçmazdı.
Elə bu səbəbə suallarımı “Heç zaman romantik münasibətgörmədim” deyən dostuma, “Facebook”da dostluğumda olanvə bu sətirləri oxuyan bütün xanımlara ünvanlayıram.
“Saçlarının rəngi payızdır,/Gözlərinin rəngi dəniz…” mahnısındakı kimi sizin saç ya gözlərinizin rənginitərifləməyiblər? Heç vaxt kompliment deməyiblər? Müzakirə mövzusu etməyiblər? Gül, ətir, konfet, şokolad hədiyyə etməyiblər? Ərinizlə, ya sevgilinizlə “konfet-buket dövrü” deyilən çağlarınız olmayıb? Sizi küçədə, qapı ağzında, gözəl və sakit yaz günü ya qarlı-yağışlı-çovğunlu qış axşamı gözləməyiblər? Üzünüzə, ya arxanızca həsrətlə baxmayıblar? Nəinki şəhvətli, heç qaba da olmayan, ürkək ya hökmlü, eşq dolu baxışlarla saatlarla ya günlərlə təqib etməyiblər? Sıxıla-sıxıla ya əksinə, sakitcə, təcrübəli kişi arxayınçılığıyla görüşə çağırmayıblar?
Məclisdə, bir çox adam içində masa arxasında oturanda sevgiliniz, ya nişanlınız, ya əriniz süfrənin altında əlinizdən xəlvətcə tutmayıb? Barmaqlarınızı nəvazişlə sıxmayıb? Tumarlamayıb? Dizinizə ya budunuza yavaşca toxunmayıb, oxşamayıb?
Saçlarınızı tumarlamayıb, qoxulamayıb? Əlinizi, ya boynunuzu öpüşlərə qərq etməyib?
HAŞİYƏ
Əlli iki il öncə təzə tanış olduğum, cəmi bir neçə dəfə görüşdüyümüz, kinoya getdiyimiz, o vaxtı mərkəzdə, inqilabdan qabaqkı binanın birinci mərtəbəsində yaşayan qıza telefon-avtomatdan zəng edib: “”Azərbaycan” kinoteatrının yanındayam. Beş dəqiqədən sonra pəncərənizin qabağına gələ bilərsən?”, – deyə soruşdum. Beş dəqiqədən sonra pəncərənin açıldığını görüb yaxınlaşdım. “Birdən səni görmək istədim”, – söylədim, bir qədər danışdıq və qəfildən, amiranə: “Əlini ver!”, – dedim.
Qədim, yoğun dəmir millərin arasından mənə sarı uzanan balaca, sanki ərgən yox, yeniyetmə qıza məxsus toppuş əli tutub qəfildən nazik barmaqlarından öpdüm. Qız əlini tez geri dartdı: “Görən olar! Daha get!”, – dedi.
Mənə elə gəlir ki, qızın ürəyini o zaman, o öpüşlə, o hərəkətimlə fəth etdim.
Altı il sonra o qız bütün maneələrə rəğmən həyat yoldaşım, uşaqlarımın anası, on-on beş il sonra hekayələrimdəki qız-gəlin surətlərinin proobrazı oldu… Pəncərədən, barmaqlıq arasından əlinizi bu cür uzatmağınızı istəyən, öpən olmayıb?
Belə oxşama, nəvaziş, sadaladığım kimi hallar və hərəkətlər özü romantika, romantik məhəbbətin təzahürləri deyilmi? Bütün bunlar, ya bir hissəsi, ya heç olmasa birisi qadının həyatında olubsa, deməli, arzuladığı romantik an və duyğuları yaşayıb.
Amma heç biri olmayıbsa, həqiqətən, olmayıbsa, acınacaqlıdır…
HAŞİYƏ
Deməli, Azərbaycanda İsmayıl Şıxlının “Dəli Kürün”ünün qəhrəmanı Cahandar ağa kimi arvadını, sevgilisini heç vaxt əzizləməyən, yalnız qartal kimi başının üstünü alıb “istədiyini götürən” kişilər hələ də çoxdur. Özü də bütün nöqsanları, gender məhdudiyyətləriylə yanaşı, XIX yüzillik Azərbaycan kişisinin, bəyinin cəsarət və şücaət rəmzi olan Cahandar ağa kimi qəhrəman da deyillər.
Cahandar ağa kimi kişinin arvadı olmaq XXI əsrdə Azərbaycan qadını üçün bir faciəyə çevrilir. Özü də hətta Cahandar ağa qaçırdığı Mələyə “istədiyini götürmək” yox, tumarlamaq, əzizləmək istəyini yaşayır, amma çağdaş Azərbaycanın və Türkiyənin kişiləri yox…
Çağdaş qadının ərindən, kişidən gözləntisi, tələbləri artıb və bu təbiidir.
Sevgililər günündə daha Azərbaycandakı qadın qətlləri, ailə daxilində zorakılıq statistikası haqqında danışmaq istəmirəm.
Dəhşətlidir.
Dünya və insan haqqında hələ aşağı-yuxarı 2 500 il öncə deyilən “Ttempora mutantur, et nos mutamur in illis” – “Zaman dəyişir, biz onunla birgə dəyişirik” latın kəlamı əbəs yerəmi günümüzə qədər gəlib çatıb?
Dövr dəyişir və biz – qadınlar da, kişilər də də onlara uyğun dəyşirik, dəyişməliyik də. Qadın yalnız zorakılıq görməmək, döyülməmək, evdə nökər-qaravaş olmamaq yox, sevib-sevilmək, əzizlənmək istəyir və haqq edir. Bu qadının təbii haqqıdır.
Romantik məhəbbətlə bağlı ən gözəl ədəbi əsərlərdən biri rus nasiri Aleksandr Kuprinin gənc və kasıb məmurun ərli, gənc, gözəl, varlı və kübar xanıma cavabsız məhəbbəti haqqında yüz on il əvvəl yazdığı “Гранатовый браслет” – “Yaqut bilərzik” povestidir, zənnimcə. Filmi də var, sovet vaxtının.
HAŞİYƏ
Kuprinin təlatümlü və burulğanlı Birinci Dünya Müharibəsi və inqilab dövrünə uyğun çox maraqlı və təlatümlü həyatı olub. Anası Lyubov Kulunçakova tatar xanları nəslindən olan Aleksandr BDM-də ordu zabiti kimi iştirak edib, inqilabdan sonra Leninin qəbulunda olub, bolşeviklərlə əməkdaşlıq edib, amma həbs olunub buraxılandan sonra Ağ Qvardiyanın Şimal-Qərb Ordusuna qoşulub, onun qəzetinin redaktoru olub, ağlar vətəndaş müharibəsini uduzandan sonra xaricə gedib, Fransada mühacir həyatı yaşayıb, iki roman, hekayələr və məqalələr, Lenin haqqında kitab yazıb, mühacir qəzetlərlə əməkdaşlıq edib. Yəni hər mənada ”Mühacir yazarlar” silsiləmdə təsvir olunması insan və qələm sahibidir.
Mətləbə qayıdaraq düşünürəm ki, sabah ac qalsanız belə, dünya dağılmaz, Sevgililər Günü isə həyat yoldaşınıza, iyirmi-otuz, ya lap əlli ilin arvadına heç olmasa bir gül almağa, şirin söz deməyə, kövrək qadın ürəyini oxşamağa dəyər. Lazımdır. Vacibdir. Çox vacibdir!
Flörtün, qadınla davranmağın, ürəyini fəth etməyin sirrlərini bizdən dəfələrlə yaxşı bilən fransızların məsəli var, hələ sovet vaxtı oxumuşam:
“Qadına hərdən bir kompliment demək, gününü göy əskiyə büküb brilliant almaqdan daha yaxşıdır”.
Yuxarıda ötəri yada saldığım nazir xanımının qoşulub qaçması bu sözlərin əyani sübutu deyilmi?
14 fevral – Sevgililər Gününüzü təbrik edirəm, əziz xanımlar və bəylər! Uca Allah hamınıza sevib-sevilmək şansı və baxtı versin!
Çingiz Sultansoy











