Evdə köməksiz qalan 4 yaşlı uşaq belə çıxarıldı - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2022-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.

Gununsesi.info