Tovuzda məktəb direktoru vəzifədən azad edilib

  • Müəllif: Firuzə
  • 22 Oktyabr 2025 13:24

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov əmr imzalayıb.

Buna səbəb Elşad Kərimovun fəaliyyətində nöqsanlara yol verməsi olub.

 

Gununsesi.info