ABB istifadəçilərindən sosial şəbəkələrdə narazılıq: - Şikayətlər çoxalır

  • By Admin2
  • 18 İyun 2026 14:09

Son günlər Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı şikayətlərin artdığı müşahidə olunur.

Sosial şəbəkələrdə istifadəçilər bankın mobil tətbiqi, kart xidmətləri və müştəri dəstəyi ilə bağlı müxtəlif problemlərlə üzləşdiklərini iddia edərək narazılıqlarını bölüşürlər.

Müştərilərin sözlərinə görə, bəzi hallarda kartların gözlənilmədən bloklanması, tətbiq üzərindən karta girişin məhdudlaşması və müştəri xidmətlərinə əlaqənin çətinliyi kimi məsələlər daha çox diqqət çəkir. Bu vəziyyət sosial mediada geniş müzakirələrə səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, şərhlər, adətən, bu cür olur:

“Bankların əksəriyyəti onsuz da normal işləmir, ABB isə ümumiyyətlə axır vaxtlar bərbad işləyir. Qəti şəkildə məsləhət görmürəm ABB-yə keçməyi. Hələ üstəlik müştəri xidmətləri sıfırdır, elə bil bankın sahibləri onlardır. Kartı öz-özünə bloklayırlar, durduq yerə heç bir əməliyyat olmadan. Halbuki kart virtual kartdır. Zəng edirsən müştəri xidmətlərinə, deyirlər, kartın 16 rəqəmini de, amma tətbiq üzərindən karta girə bilmirsən, çünki blok olunub. Bu nə servisdir?”.

Sosial şəbəkələrdə yaradılan “Müştəriyəm, şikayətim var” qrupu da daxil olmaqla, başqa-başqa istifadəçilər tərəfindən bu cür şikayətlərin yazıldığını görmək mümkündür.

Elmar

Gununsesi.info