Natiq Cəfərli: Quru sərhədlərin bağlı qalması ilə bağlı arqumentləri canlı yayımda müzakirə etməyə hazıram

  • By Admin2
  • 29 İyun 2026 14:50

İqtisadçı Natiq Cəfərli quru sərhədlərin bağlı saxlanılmasının təhlükəsizlik səbəbləri ilə izah edilməsinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, bəzi deputatlar quru sərhədlərin bağlı qalmasını “təhlükəsizlik” məsələləri ilə əsaslandırmağa çalışırlar. Cəfərli qeyd edib ki, bu məsələni həmin deputatlarla canlı yayımda müzakirə etməyə hazırdır.

Bəlkə doğrudan da elə arqumentlər gətirəcəklər ki, quru sərhədlərin bağlı olmasının zəruriliyinə hamımızı inandıracaqlar“, – deyə o bildirib.

Natiq Cəfərli diqqətə çatdırıb ki, Rusiya ilə Ukrayna arasında uzun müddətdir müharibə getməsinə baxmayaraq, hər iki ölkənin quru sərhədləri tam şəkildə bağlanmayıb.

O, həmçinin bildirib ki, Cənubi Qafqazda ən güclü ordu və təhlükəsizlik sisteminə malik olduğunu vurğulayan Azərbaycanın quru sərhədləri bağlı olduğu halda, ErmənistanGürcüstan sərhədlərini açıq saxlayır.

Cəfərli əlavə edib ki, quru sərhədlərin bağlı qalmasının təhlükəsizlik baxımından zəruriliyini əsaslandıran arqumentlərin ictimaiyyətə aydın şəkildə izah edilməsinə ehtiyac var.

O, xüsusilə təyyarə ilə Tbilisiyə gedən Azərbaycan vətəndaşının daha sonra quru yolla ölkəsinə qayıda bilməməsinin hansı təhlükəsizlik zərurətindən irəli gəldiyinin izah edilməsinin vacibliyini vurğulayıb.

Elmar

Gununsesi.info