FİFA müğənni Castin Biberi 2026-cı il Dünya Kuboku finalının fasilə şousunda çıxış etmək üçün dəvət etməyi düşünür.
Gununsesi.info bu barədə xarici mediaya istin adən xəbər verir.
Biber artıq təsdiqlənmiş ifaçıların Madonna , Şakira və K-pop qrupu BTS-in heyətinə qoşula bilər. Fasilə şousu Dünya Kuboku tarixində bir ilk olacaq. Çıxışın 11 dəqiqə davam etməsi gözlənilir.
Biber əvvəllər Los-Ancelesdə keçirilən Dünya Kubokunun açılış mərasimində VIP qonaqlar üçün çıxış etmişdi. Mənbənin məlumatına görə, müğənninin yaxın vaxtlarda tammiqyaslı turnesi planlaşdırılmır.
Final 19 iyulda Nyu-Cersi ştatının Şərqi Rezerford şəhərindəki MetLife stadionunda keçiriləcək .
FİFA Dünya Kuboku 11 iyunda başladı və 19 iyula qədər ABŞ, Meksika və Kanadada davam edəcək. Hazırkı çempion Argentina 2022-ci il finalında Fransanı məğlub etdi.
Maqsud











