Pərviz Əmiraslanov İlham Əhmədovu 70 illik yubileyi münasibətilə təbrik etdi

Almaniyada yaşayan, BMW şirkətində laboratoriya müdiri, eyni zamanda Braunşveyq Texniki Universitetinin professoru Pərviz Əmiraslanov  “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktoru, tanınmış təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Əhmədovu 70 illik yubileyi münasibətilə təbrik edib.

Gununsesi.info  həmin təbriki təqdim edir:

ALMANİYADA YAŞAYAN DƏYƏRLİ SOYDAŞIMIZ PƏRVİZ ƏMİRASLAN

“Əziz və dəyərli İlham müəllim!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Siz Azərbaycan təhsilinin inkişafı naminə yorulmadan çalışan, xüsusilə rəqəmsal və onlayn təhsilin inkişafı istiqamətində ardıcıl mübarizə aparan nadir ziyalılardansınız. Distant təhsilin müasir dövrün tələblərinə uyğun şəkildə formalaşması, keyfiyyətinin yüksəldilməsi və daha əlçatan olması üçün irəli sürdüyünüz ideyalar və təşəbbüslər təhsil ictimaiyyəti tərəfindən böyük dəyər daşıyır. Bəzi qurumlar bunları görməzdən gəlsə də bu bir dəlildir, çünki görürlər və bilirlər.

Elm və təhsilə sadiqliyiniz, yüksək peşəkarlığınız, prinsipial mövqeyiniz və gələcəyə yönəlmiş baxışlarınız gənc nəslin inkişafına mühüm töhfə verəcəkdir. Siz göstərirsiniz ki, müasir təhsil yalnız auditoriyalarla məhdudlaşmır, həm də innovativ texnologiyalar və onlayn təhsil vasitəsilə də keyfiyyətli bilik geniş auditoriyalara çatdırıla bilər.

Arzu edirəm ki, həyata keçirdiyiniz bütün ideyalar uğur qazansın, ideyalarınız daha geniş dəstək görsün və Azərbaycan təhsilinin, xüsusilə onlayn və distant təhsil sisteminin inkişafında xidmətləriniz daim yüksək qiymətləndirilsin.

Doğum gününüz mübarək olsun! Sizə möhkəm cansağlığı, tükənməz enerji, yeni elmi nailiyyətlər və bütün fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Dərin hörmət və ən xoş arzularla Pərviz Əmiraslan”.