Politoloq: Prezident İlham Əliyevə yüksək ictimai etimadın əsas səbəbləri açıqlanıb

  • By Admin2
  • 03 İyul 2026 16:07

Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən son rəy sorğusuna görə, Prezident İlham Əliyevə olan etimad səviyyəsi 87,7 faizdir.

Sorğuda iştirak edən respondentlərin 81,9 faizi dövlət başçısını alternativsiz siyasi lider hesab edir, 93,6 faiz isə onun fəaliyyətini müsbət qiymətləndirir.

Politoloq Turan RzayevGununsesi.info-ya danışarkən qeyd edir ki, keçirilən son sorğular Prezident İlham Əliyevə yüksək ictimai etimadın olduğunu göstərir.

Onun sözlərinə görə, ilk növbədə, Prezident İlham Əliyevin milli maraqları prioritet hesab edən qətiyyətli daxili və xarici siyasəti ictimai etimadı gücləndirir. Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi, xarici təhdidlərə qarşı prinsipial mövqe sərgiləməsi və uğurlu diplomatik fəaliyyəti də bu etimadı artıran amillərdəndir.

Politoloq qeyd edib ki, dövlət başçısı ilə cəmiyyət arasında formalaşan qarşılıqlı etimad münasibəti də mühüm rol oynayır. Prezidentin mütəmadi olaraq regionlara və işğaldan azad edilmiş ərazilərə səfərləri, vətəndaşlarla birbaşa təmasda olması və onların problemlərini dinləməsi bu münasibətləri daha da möhkəmləndirir.

Turan Rzayevin fikrincə, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, mürəkkəb geosiyasi proseslərdə nümayiş etdirdiyi siyasi iradə və Azərbaycanın maraqlarını beynəlxalq platformalarda ardıcıl müdafiə etməsi də ictimai rəydə yüksək qiymətləndirilir.

Politoloq onu da əlavə edib ki, son illərdə Azərbaycanın iqtisadi, hərbi və institusional gücünün artması, eləcə də 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin beynəlxalq media qarşısında ölkənin mövqeyini ardıcıl və əsaslandırılmış şəkildə müdafiə etməsi onun cəmiyyətdəki nüfuzunu və ictimai etimadı daha da gücləndirən əsas amillər sırasındadır.

Elmar

Gununsesi.info