NATO-nun qarşıdan gələn Ankara sammitində Rusiyanın hücumlarına məruz qalan Ukrayna üçün yeni iri həcmli hərbi yardım paketinin elan ediləcəyi gözlənilir.
Gununsesi.info “Der Spiegel” istinadla xəbər verir ki, alyansa üzv 32 dövlətin nümayəndələri sammitin yekun bəyannaməsi üzrə danışıqlar zamanı bu barədə razılıq əldə ediblər.
Məlumata görə, vəsait hərbi texnikanın tədarükü, Ukraynaya hərbi dəstək və şəxsi heyətin hazırlanması üçün istifadə olunacaq.












