Tərtərdə ağır qəza - 2 nəfər öldü

Tərtər rayonunun Təzəkənd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb ediliblər. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobili ilə MAN markalı yük avtomobilinin toqquşması nəticəsində “Mercedes” markalı avtomobildəki 2 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə etməklə Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri – 1962-ci il təvəllüdlü Adil İbrahim oğlu Əhmədovun və 1973-cü il təvəllüdlü Elza Novruz qızı Əmirovanın meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info