Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı

  • Müəllif: Firuzə
  • 24 İyul 2026 22:31

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, iyunun 26-da isə danışıq bloku üzrə imtahan keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, imtahan iştirakçıları nəticələr ilə DİM-in internet saytında tanış ola bilərlər.

Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə azı 60% nəticə göstərən 129 namizəd buraxılıb.

Xarici dil imtahanının hər iki hissəsində 126 nəfər iştirak edib.

Müsabiqənin ikinci mərhələsinin nəticələri ilə daha təfərrüatlı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

Gununsesi.info