Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyəti dövründə ilk dəfə Serbiyaya səfər edib.
Gununsesi.info Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna liderinin serbiyalı həmkarı Aleksandar Vuçiçlə görüşü planlaşdırılıb.
Məlumata görə, tərəflər iqtisadi və energetika əməkdaşlığını, həmçinin iki ölkə arasında digər qarşılıqlı fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.












