Hələ gec deyil!
Siz mənə özünüzə məxsus orjinal fikirli bir cümlə deyin mən qarşınızda baş əyim. Yox, əgər müəllifi olduğunuz bir səhifəlik mütərəqqi ideyalı, hələ heç kəsin ağlına gəlməyən yeni yaradıcılıq nümunəniz varsa sizə səcdə edərəm.
Sonu bizi hara apardığı bəlli olmayan yola çıxmışıq sanki. Əksəriyyət kor-koranə axına qoşulub, fərqinə varmadan yolun sonundakı işığa üz tutub. Əslində can atdığımız sonda mücərrəd arzuların ilğım parlaqlığını işıq zənn edirik. Elə bir vəziyət hakimi-mütləqdir ki, fərqli düşüncə, şübhə nümayiş etdirən dərhal linc edilib, düşmən elan olunur.
Bilik köhnəliyin qalığıdır, əzbərçilikdir deyib, on illərlə oturuşmuş, sınanmış konsepsiyanın üstündən nilistcəsinə xətt çəkirik. Müasir təhsili bacarıqlara əsaslanan müstəviyə sürükləyirik. Bir qrup təhsil meneceri öz malik olduqları intellekt bazasını, yəni açıqca məhdud dünya görüşü və zəif bilgi statusunu hamı belə olsa yaxşıdır prinsipinə tabe etdirməyə çalışır. Fərqli düşünənləri isə dərhal inkişaf və tərəqqinin düşməni elan edirlər.
Əslində, tragikomik situasıya burulğanında qəsdən elə bir labrintə salınmışıq ki, çıxış yolunu tapmaq üçün qədim yunan mifoloğiyasından ariadna sapı kimi bizə mayak rolu oynayacaq xəyali nələrdəsə axtarmağa məcburuq.
Yeni nəsil “mütəxəssis” çoxlu sitatlar gətirir. Qərb pedoqoqlarından, təhsil nəzəriyyəçilərindən iqtibas edib, müxtəlif müəlliflərin sözlərindən allı-güllü əsaslandırmalar ortaya qoyurlar. Ancaq bu halda acı istehza doğuran gülünc durumda olduqlarını hiss etmirlər. Cənab bacarıq! Axı sən ardarda düzdüyün sitat hazır bilikdi, əzbərləmisən.
O baza olmazsa, kəkələyə-kəkələyə qalacaqsan. Çünki sənin bacarığın biliklə, elmlə çulğalaşmadığı halda bəsit və mənasız miskinlikdən o tərəfə keçmir. Tutaq ki, ucqar dağ kəndində yaşayan çoban gecə vəhşi heyvanların hücumuna məruz qalmasın deyə öz inəklərinin boynudan asmağa kiçik akmlyatordan qidalanan işıq saçan, yanıb-sönən qorxu effekti yaradan nə isə düzüb qoşa, lap olsun ixtira edə bilər. Lakin cənab bacarıq o inəyin verdiyi südün dəfələrlə artırılması üçün elmi-tədqiqat labarotoriyasında elmlə təcürbənin vəhdətindən doğan naliyyət ortaya qoya bilməz. Bilik bazadı, təməldi, bünövrədi. Onla silahlandıqdan sonra döyüşə atılmaq olar.
Opponentlər dərhal Qərb təhsil sisteminin uğurlarını ortaya atıb, arqumentləri sıraya düzəcəklər. Buyurun, gedib 2000 dollar verib aldığınız 80 saatlıq Harvard unverstetinin dinləyici sertifkatını sizə verən müəllimlərin, professorların tərcümeyi-halına. Mənşə yox ee, etnik mənsubiyyət yox ee! Onların ilkin təhsil aldıqları ölkələrin adlarına. Və ya mənə göstərin görüm ABŞ məktəblisi son 50 ildə hansı dünya fənn olimpiadasında birinci yer tutub. Zəhmət çəkib aramayın, yoxdur. Olsa belə son bir ili ABŞ məktəblərinə köçürülmüş nə bilim yapon, sinqapur, koreyalı, hindli məktəblisi olacaq.
Qərbdə təhsil biznesdir. Pul üstə bərqərar olan boşluqdu. Müstəmləkə, müharibə, inhisar diktəsində bazarlardan axıb gələn, quldur, diktator və sairlərin öz xalqlarından oğurladıqlarının banklarında yerləşdirdikləri mənfətdən rişələnib konfortluğu təmin edirlər. Beyin axınına qucaq açıb ayaqda dururlar.
Fransa bir ildə Afrika müstəmləkələrindən 600 milyard gəlir əldə edir. İngiltərə isə ondan dörd qat artıq. ABŞ Ukrayna və Rusiya cəbhəsində öz müttəfiqlərindən dolayı elə manevr etdi ki, təkcə dünyada onun heç bir döyüş əməliyyatına girməyən “Abrams” tanklarına artan təlabat və qiymət birə beş artdı. Sağlam olmayan para qazancı onları güclü edir. Və bu güclə beyin almağa konfort həyat tərzinin parıltısına yeni-yeni cazibə dalğaları əlavə etməyə nail olurlar. Açığını etraf edək ki, bu gün bizim təhsilimizi irəli aparmaq cəhdlərimiz “kobra” effekti təsiri bağışlayır. Bu isə çox təhlükəlidir. Biz onun fəsadlarının konturlarını hiss edirik. Bəlkə də artıq işə düşmüş saatlı bombanın mexanizmini durdura bilərik. Düzdü onu tamamilə zərərsizləşdirmək çox uzun vaxt aparacaq. Amma ən azından gələcəyimizə atılan addımları yanlış olmayan yola istiqamətləndirə bilərik.
Bunun üçün bacarıq deyib şüvən salanları bacardıqca tez təhsilimizin yaxasından qoparmalıyıq. Təhsil sistemimizi kurs epidemiyasına hesablanan bisnez şəbəkəsinin əlində alətə çevrilməməsi üçün “bacarıqlı əllərdən” qorumalıyıq! Kimləri isə kor-koranə yamsılamağın acı aqibətini yaşamamaq üçün.
Fikrimcə, hələ gec deyil.
Pərviz Yəhyalı




