Magistraturaya qeydiyyat başa çatıb

  • Müəllif: Firuzə
  • 14 Avqust 2026 11:04

Magistratura səviyyəsinə qəbul olunan bakalavrların təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatı başa çatıb.

Gununsesi.info  Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu il qeydiyyat yalnız my.gov.az portalı üzərindən həyata keçirilib. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Magistraturaya qəbul olunan bakalavrların qeydiyyat prosesi bir gün uzadılıb və 13 avqust saat 18:00-dək davam edib.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Gununsesi.info