Azərbaycan pomidor ixracını artırıb

  • Müəllif: Firuzə
  • 18 Avqust 2026 11:44

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 163,85 milyon ABŞ dolları dəyərində 135 min 641 ton pomidor ixrac edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq – 1 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 152,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 7,5 % çox) 127 min 212 ton (-2 %), Belarusa 5,75 milyon ABŞ dolları dəyərində (+15 %) 2 min 402 ton (+5,7 %), Gürcüstana 2,7 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 3 min 810 ton (+2,7 dəfə), Ukraynaya 1,4 milyonABŞ dolları dəyərində (+8 dəfə) 1 min 175 ton (+7 dəfə), Polşaya 1,2 milyon ABŞ dolları dəyərində (+22 %) 737 ton (+15%) pomidor satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana tədarük (19,2 min ABŞ dolları dəyərində 17,9 ton) həyata keçirilib.

Gununsesi.info