Finlandiya qarşıdan gələn qışın Ukrayna üçün çətin olacağına inanır

  • Müəllif: Orxan
  • 18 Noyabr 2026 16:49

Finlandiya Prezidenti Aleksandr Stubb hesab edir ki, Ukrayna sərt qışla üzləşəcək və buna hazırlıq görülməlidir. O, bunu agentlik tədbirində bildirib.

Gununsesi.info xəbər verir ki, “Ukraynada çətin bir qışa hazırlaşmalı olacağıq”, – deyə o bildirib.

Stubb əlavə edib ki, münaqişənin bu ilin sonuna qədər həll olunacağına inanmır.

Finlandiya prezidentinin sözlərinə görə, Ukraynanın qışa hazırlığı enerji obyektlərinin, hava hücumundan müdafiə sistemlərinin hazırlığını və maliyyələşdirməni əhatə etməlidir.

Maqsud

Gununsesi.info