Minskdə yenidən müxalifət tərəfdarlarının mitinqi başlayıb

  • Müəllif: admin
  • 25 Avqust 2020 21:28

Belarusun paytaxtı Minskdə yağışlı havaya baxmayaraq, müxalifətin yüzlərlə tərəfdarı İstiqlal Meydanında icazəsiz aksiyalara başlayıb.

Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, polis əllərində ağ-qırmızı rəngli bayraqlar tutan aksiya iştirakçılarından meydanı tərk etməyi tələb edib. Kütlənin isə bu çağırışlara məhəl qoymadığı bildirilir.

Polis nümayişçilərə qarşı fəal hərəkətə keçməyib.

 

Gununsesi.info