“Milan” İbrahimoviçlə müqavilənin uzadılmasını təsdiqləyib

  • Müəllif: admin
  • 30 Avqust 2020 10:50

İtaliyanın “Milan” futbol klubu İsveçli hücumçu Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını təsdiqlədi.

Gununsesi.info-nun məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Z.İbrahimoviçin Milan ilə hazırkı müqaviləsi 31 avqustda başa çatır.

Portuqaliyanın “Record” qəzetinin verdiyi məlumata görə, Z.İbrahimoviç müqaviləni bir il uzadıb, idmançı 7 milyon avro qazanacaq.

 

 

Gununsesi.info