“Yuventus” klubu Tyaqo Motta ilə razılığa gəlib

  • Müəllif: ilhame
  • 15 May 2024 20:29

İtaliyanın “Yuventus” klubu “Bolonya”nın baş məşqçisi Tyaqo Motta ilə razılığa gəlib.

 

Gununsesi.info “Corriere della Sera”ya istinadən xəbər verir ki, “qoca sinyora” 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacaq.

 

Braziliyalı çalışdırıcı yeni klubunda illik 3,5 milyon avro qazanacaq.

 

“Barselona” və PSJ-nin sabiq futbolçusu bu posta Massimiliano Alleqrini əvəzləyəcək.

Gununsesi.info