“Vaşinqton Bəyannaməsi Azərbaycan xalqının səylərinin parlaq təzahürüdür”

  • Müəllif: Firuzə
  • 22 Avqust 2025 17:17

“Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanması igid və mətanətli Azərbaycan xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürüdür”.

Gununsesi.info xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında səsləndirib.

O bildirib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın böyük potensialının tam şəkildə açılmasına imkan verəcək.

 

Gununsesi.info