Rəsmi Bakı ilə Pekin münasibətləri artıq yeni bir səviyyəyə yüksəlib. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə səfəri zamanı tərəflər 18 maddədən ibarət “Azərbaycan–Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq” bəyanatını imzalayıblar.
Sənəd demək olar ki, bütün sahələrdə əməkdaşlığı əhatə edir və Çinlə münasibətlərin gələcəkdə böyük imkanlar vəd etdiyini ortaya qoyur.
Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çin’in Tianjin şəhərində keçiriləcək zirvə görüşündə görmək istədiyini bildirib.
Samitdə 20-dən çox ölkənin lideri və beynəlxalq təşkilat rəhbərləri iştirak edəcək.
Toplantıda iştirakçılar Şanxay ruhunun təşviqi, dayanıqlı inkişafın dəstəklənməsi, həmçinin Çin üçün vacib beynəlxalq və regional məsələlərin müzakirəsi üzrə fikir mübadiləsi apararaq təşkilatın yeni inkişaf planını birgə hazırlayacaqlar”.
Firuzə











