ABŞ Ukrayna ilə bağlı təlimləri sürətləndirir

  • By admin
  • 05 May 2022 13:42

ABŞ hakimiyyəti Ukrayna hərbçilərinə Qərb silahlarından, o cümlədən haubitsalardan və pilotsuz hücum uçuş aparatlarından istifadə üzrə təlimlərin sürətini artırır. 

Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzeti məlumat yayıb.

Pentaqon nümayəndələrinə istinadən hazırlanan materialda qeyd edildiyi kimi, hazırda yüzlərlə ukraynalı əsgər Avropada haubitsa, dron və radarlardan istifadə üzrə təlim keçir.

Qəzetin yazdığına görə, bu günə qədər 220-dən çox ukraynalı Amerikanın artilleriya qurğularından, xüsusən də M777 haubitsalarından istifadə üzrə təlim keçib.

“Daha 20 Ukrayna əsgəri bazar günü ən son “Phoenix Ghost” pilotsuz uçuş aparatının istifadəsi üzrə 1 həftəlik təlim kursunu bitirib, 121 belə cihaz Ukraynaya göndərilib” xəbərdə vurğulanıb.

Pentaqon sözçüsü əlavə edib ki, 50-dən çox ukraynalı da bu həftə təlimlərə başlayacaq.

Gununsesi.info