FHN günlük statistikanı açıqladı - VİDEO

  • By admin
  • 05 May 2022 13:51

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində Bakı şəhərinin Səbail rayonunda yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın və Bakı şəhərinin Xətai rayonunda bağlı qapı arxasında 1941-ci il təvəllüdlü Məmmədova Səmayə Bədrəddin qızının meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.