Viskonsin-Miluoki Universitetinin (VMU) tələbələri ABŞ-nın Azərbaycandakı səfirliyini ziyarət ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
“28 May – Azərbaycan Respublikasının Müstəqilliyinin 106-cı ildönümünü qeyd edərkən VMU-nun parlaq və ağıllı tələbələri və professor-müəllim heyətini qəbul etməkdən şadıq. Azərbaycan səfirliyini ziyarət etdiyinizə və düşündürücü müzakirələrə görə təşəkkür edirik”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Gununsesi.info