Arayikin “baş müşaviri” Şuşaya görə HƏBS OLUNUB

  • By admin
  • 30 Avqust 2022 21:34

Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın həbsinin detalları məlum olub.

Gununsesi.info xəbər verir ki. Ermənistan İstintaq Komitəsi onun həbsi barədə məlumat yayıb.

Bildirilir ki, Arzumanyan hərbi xidmətdə yol verdiyi səhlənkarlığa görə saxlanılıb. Onun haqqında həbs qətimkan tədbiri seçilib.

Komitənin yaydığı məlumatda qeyd olunub, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların “müdafiəsinin” təşkili zamanı öz xidməti vəzifəsinə səhlənkar yanaşıb və “vəzifələrini” lazımınca yerinə yetirməyib.

Qeyd edək ki, Şuşa şəhəri 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib.

Gununsesi.info