AVP lideri Türkiyəyə başsağlığı verib

  • By admin
  • 13 Noyabr 2022 19:02

Milli Məclisin Deputatı Fəzail Ağamalı  İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Millət Vəkili facebook hesabında paylaşım edib.

Bu gün qardaş Türkiyənin İstanbul şəhərində törədilən partlayışdan çox sarsıldım. Partlayış zamanı dünyasını dəyişənlərin ailələrinə, doğmalarına, Türkiyə Cumhuriyyətinin cumhurbaşkanı Cənab Rəccab Tayyip Ərdoğana və bütün qardaş Türk xalqına baş sağlığı verir, yaralılara Uca Tanrıdan şəfa diləyirəm.

Gununsesi.info