Avropa Azərbaycan və Ermənistanı ‘yaşıl siyahıya’ saldı - YOLLAR AÇILDI

  • By admin
  • 01 İyul 2021 20:05

Avropa İttifaqı Azərbaycan, Ermənistan və daha 9 başqa ölkəni, vətəndaşlarına ittifaq ərazisinə cari, o cümlədən turist səfərləri etmək icazəsi verilən ölkələrin siyahısına əlavə edib.

Gununsesi.info bu barədə Reuters-ə istinadən bildirir.

Məlumatda deyilir ki, Avropa İttifaqının 27 ölkəsi tərəfindən iyunun 30-da qəbul edilmiş bu qərarla Bosniya və Herseqovina, Bruney, Kanada, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qatar və Səudiyyə Ərəbistanı da bu siyahıya əlavə olunublar.

Qeyd edək ki, siyahıda Gürcüstan yoxdur.

Halbuki, bu ölkə ötən il birincilərin sırasında “yaşıl siyahıya” daxil edilmişdi.

Lakin Gürcüstan bundan bir neçə ay sonra epidemiyanın ikinci dalğasının ardınca siyahıdan çıxarılıb.

Gununsesi.info