Avropa Parlamenti Rusiyanı terror dövləti elan edəcək

  • By admin
  • 14 Noyabr 2022 17:55

Avropa Parlamenti Rusiyanı terror dövləti kimi tanıya bilər.

Gununsesi.info-nun parlamentin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 21-də Strasburqda başlayacaq plenar iclasda deputatlar Rusiyanın “terrorçu dövlət” elan edilməsini tələb edən qətnaməyə səs verməyi planlaşdırırlar.

Qətnamənin müəllifi Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasıdır.

Qeyd edək ki, Avropa Şurasının Parlament Assambleyası da Rusiyanı terror dövləti elan edib.

Tərcümə:

Mətləb