Avropanın göbəyində skandal görüntü

  • By Günel
  • 22 Aprel 2025 10:06

Adolf Hitlerin qurduğu keçmiş nasist partiyasının bayrağı İsveçin paytaxtı Stokholmda üç rəsmi binada naməlum şəxslər tərəfindən dalğalanıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Adolf Hitlerin doğum günündə İsveçin paytaxtı Stokholmun Essingeleden rayonunda magistral yolun girişində naməlum şəxslər tərəfindən üzərində svastika olan üç nasist bayrağı asılıb.

Stokholm Polis İdarəsinin mətbuat sözçüsü Mats Eriksson verdiyi açıqlamada, hadisə ilə bağlı bir çox insanın onlara qarşı şikayət etdiyini və hadisə ilə bağlı araşdırma başlatdıqlarını söyləyib.

İsveçdə belə şeylərin baş verməsinin xoş olmadığını vurğulayan Eriksson, magistral yolun girişindəki qayaların üzərində siyasi mesajlar olan pankartlara tez-tez rast gəldiklərini bildirib:

“Xüsusilə fəallar bura sıx olduğu üçün siyasi mesajlar paylaşırlar. Bu paylaşımın olması heç xoş deyil”.

Eriksson Nasist bayrağının böyük ehtimalla aprelin 20-də anadan olan diktator Adolf Hitlerin doğum günü üçün asıldığını bildirib.

Günel Həsənova

Gununsesi.info