Aygün Kazımova Xatunla Fatiməni barışdırdı -VİDEO

Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva barışıb.

Gununsesi.info  xəbər verir ki, onlar Xalq artisti Aygün Kazımovanın “Zaurla Günaydın” verilişində qonağı olublar.

Proqram zamanı Kazımova sənətçiləri barışdırmaq qərarına gəlib. Həmin an Fatimə və Xatun göz yaşını saxlaya bilməyib.

Xatun “Aygün Kazımova, siz heç kimdən küsülü deyilsinizsə, biz də olmayaq” deyərək, barışdığını bildirib.

Gununsesi.info