Azərbaycan İtaliyadan hərbi təyyarə alır

  • By admin
  • 09 İyun 2023 09:31

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ( Müdafiə Nazirliyi) C-27J Spartan təyyarəsinin tədarükünə dair İtaliya tərəfi ilə kontrakt imzalayıb.

C-27J Spartan təyyarələri “Leonardo” kompaniyasının istehsalıdır və mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü doğruldub. Bu təyyarələr hərbi nəqliyyat missiyaları, paraşütçülərin və materialların havadan atışları, taktiki qoşun dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün istifadə olunur.

Azərbaycan tərəfinin neçə təyyarə alacağı açıqlanmır.

Gununsesi.info