Azərbaycanda zəlzələ olub -YENİLƏNDİ

  • By admin
  • 22 Fevral 2023 12:07

Lerikdə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar hiss olunmayıb. Zəlzələnin maqnitudası 3,1, dərinliyi 28 km olub.

09:01

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.

Gununsesi.info