Azərbaycanın Ukraynada şərab zavodu var

Azərbaycan hökuməti Ukraynanın Snejnoye şəhərində şərab zavoduna malikdir.

Bu barədə Gununsesi.info -nun sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Bu, SSRİ dövründən qalmış Azərbaycana məxsus və hazırda postsovet ölkələrində yerləşən yeganə özəlləşdirmə obyektidir”, – deyə qurum bəyan edib.