Şarl Mişel və Volodimir Zelenski arasında görüş olub

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci zirvə toplantısı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bunu qurum rəhbəri tviterdə yazıb.

Ş.Mişel görüşü Avropa üçün güçlü həmrəylik kimi qiymətləndirib: “Təhlükəsizlik və beynəlxalq hüquqa hörmət üçün birgə səylərimizi davam etdirəcəyik”.