“Azərbaycan dövləti İsrailin müasir raketlərini müharibədə uğurla tətbiq edən, Zəfər qazanan tək ölkə kimi onun elm siyasətindən də yararlana bilər”.
Gununsesi.info bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Sosial -siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda təşkil olunan tədbirdə deyib.
O, deyib ki, elmdə də Zəfər ərazi bütövlüyümüz kimi ölkəmizə texnoloji suverenlik gətirəcəkdir:”İndi missiya şanlı ordumuzdan milli universitet və tədqiqat institutlarının, elm adamlarının üzərinə qoyulur.
Elmdə də gənc xüsusi təyinatlılar bilik Şuşasını qazanacaqlar”.
Firuzə Mahmudova












