Bu gün səhər saatlarında Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Gürcüstandan deportasiya edilən jurnalist Əfqan Sadıqov artıq Bakıdadır.
Vəkil Nemət Kərimlinin Gununsesi.info-ya verdiyi məlumata görə, Əfqan Sadıqov Miqrasiya Xidmətində danışdırıldıqdan sonra sərbəst buraxılıb.
Əfqan Sadıqovun özü isə “Qəzetçi”yə verdiyi açıqlamasında bildirib ki, onu “Qırmızı Körpü” keçid məntəqəsində Azərbaycana təhvil veriblər:“Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil verdilər. Qazaxdan Bakıya Miqrasiya Baş İdarəsinə gətirdilər. İdarədə mənə bildirdilər ki, barəmdə qaldırılan cinayət işinə xitam verilib. O üzdən məni saxlamağa heç bir qanuni əsas yoxdur. Sərbəst buraxılmışam, Bakıdayam”.
Jurnalist Tbilisi Şəhər Məhkəməsinin qərarını qanunsuz hesab edir: “Tbilisi məhkəməsinin qərarı qanunsuzdur. Mənim Azərbaycana deportasiyamı qadağan edən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı kobud şəkildə pozulub. Bu qanunsuz qərara görə Gürcüstan hökuməti cəzalanacaq”.
Günay Mahirqızı
Gununsesi.info












