Baş Prokurorluqdan Almaniyadan qayıdan mühacir xanımla bağlı açıqlama

  • By admin
  • 04 Avqust 2021 20:39

Xəbər verdiyimiz kimi bir neçə il əvvəl Almaniyaya siyasi mühacir kimi getmiş və vətəndaşlıq almış ictimai fəal Yeganə Əmiraslanova Bakıya qayıdarkən  hava limanında saxlanılıb.

Qeyd edək ki, bir neçə saat Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilən Yeganə Əmiraslanova sonradan sərbəst buraxılıb.

Məsələ ilə bağlı Baş Prokurorluq açıqlama yayıb:

Gununsesi.info-ya göndərilən açıqlamanı təqdim  edirik:

Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilmişdir. Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmamış, ona hər hansı məzmunda ittiham verilməmiş, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməmiş və axtarışa verilməmişdir.

Kütləvi informasiya vasitələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlara istinad etməmələri xahiş olunur. “

 

Taryel İbrahimov

Gununsesi.info