Bazar gününün HAVA PROQNOZU

Azərbaycan ərazisində avqustun 28-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 33-36°, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 34-38°, dağlarda gecə 10-15°, gündüz 22-27° isti olacaq.

Gununsesi.info