Bu ərazilərdə yeni məktəblər açılacaq

  • By admin
  • 04 May 2022 12:31

Azərbaycan cəmiyyətinin yeni şanlı səhifəsi açılıb. Bu gün təhsilimizin qarşısında bir sıra vacib məsələlər dayanır. Şuşada və Ağdamda məktəblər tikilir.

Gununsesi.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, ən birinci tikilən binaların məktəb binaları olması sevindirici haldır.

“Bununla yanaşı Cəbrayılda, Suqovuşanda, Zəngilanda yeni məktəblərdə yaxın vaxtlarda istifadəyə veriləcək”, – deyə o bildirib.

Gununsesi.info