Bu 4 ölkə rusların girişinə qadağa qoyur

  • By admin
  • 08 Sentyabr 2022 14:35

Rusiya vətəndaşlarının Estoniyaya girişinə qadağa sentyabrın 19-na keçən gecə qüvvəyə minəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə cümə axşamı xarici işlər naziri Urmas Reinsalu bildirib.

“Estoniyanın siyasi iradəsi ondan ibarətdir ki, sentyabrın 19-na keçən gecədən Rusiya vətəndaşlarının Estoniyaya girişinə qadağa qüvvəyə minəcək. Bu, Estoniyada vizası olan ruslara, eləcə də Avropa İttifaqının digər ölkələrində verilmiş vizalara aiddir. Litva, Latviya və Polşa da eyni andan qadağa tətbiq edəcək”, – Reinsalu Tallinndə hökumətin mətbuat konfransında vurğulayıb.

O, ruslara müraciət edərək deyib: “Estoniyaya Şengen vizası ilə gəlməyin, burada xoş qarşılanmırsınız!”.

Gununsesi.info