Bu rayonlarda qaz kəsiləcək

  • By admin
  • 19 May 2022 09:59

“Qaz İxrac” İdarəsinə məxsus qaznəqli sistemində 19 may 2022-ci ildə planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatanadək “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatanadək isə “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB-dən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info