Milli Məclisin deputatı Səyyad Salahlı 8 noyabr Zəfər Günü münasibətilə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində şəhid ailələri ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, deputat görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələləri nəzarətə götürüb.
Səyyad Salahlı diqqətə çatdırıb ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur.
Xalqımız heç zaman Vətən müharibəsi şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaqdır.
Həmçinin Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əhmədli Şahid Gülməmməd oğlunun şəhadətə ucalmasının dördüncü ildönümü münasibəti ilə təşkil olunan mərasimdə iştirak etdilər, ruhuna dualar oxudular.