Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib.
Gununsesi.info xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Fərhad Adıgözəlov bu təyinatdan əvvəl “Azərsığorta”nın rəhbəri işləyib.
Gununsesi.info