Əcnəbi VAR hakimlərinin maaşı diqqət çəkdi

  • By Mina
  • 15 Aprel 2024 16:45

Türkiyə Futbol Federasiyası Superliqa oyunları üçün dəvət etdiyi əcnəbi VAR hakimlərinin maaşını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, onların maaşı yol xərcləri də daxil olmaqla 200 min TL-yə (10 min 494 manat) çatacaq.

Rəqəmlər açıqlandıqdan sonra VAR hakimlərinin maaşı müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Türkiyədə yerli VAR hakimləri 15 min TL (786 manat) alır. AVAR-ın hakim qonorarı isə 7 min 500 tl-dir. (393 manat)

Gununsesi.info