Əfvə start verildi - HƏBSXANALARDA ƏFV ƏRİZƏLƏRİ TOPLANIR

  • By admin
  • 08 Oktyabr 2025 12:10

Bu ilin sonuna kimi Azərbaycanda əfv sərəncamının olacağı gözlənilir.

 

Bu barədə Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərdə deyilir.

Məlumata görə, növbəti  əfv sərəncamı əvvəlkilərdən fərqli olacaq.

Belə ki, ölkə başçısının əfv sərəncamına həbsdəki ictimai-siyasi fəallardan, həmçinin jurnalistlərdən bir neçəsinin adının daxil ediləcəyi bildirilir.

 

“Artıq dünəndən etibarən cəzaçəkmə müəssisələrində bir neçə siyasi məhbusa əfv ərizəsi yazmaq tövsiyyə olunub” deyə mənbəmiz əlavə edib.

Adlarının açıqlanmasını istəməyən bəzi məhbus ailələri məlumatı Gununsesi.info-ya təsdiqləyib.

 

Afət Abbasova

Gununsesi.info