Kreml Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın bu gün Rusiyaya planlaşdırılan səfəri barədə məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, məlumatda Əhməd əl-Şaraanın səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.
Tərəflərin Rusiya və Suriya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafını müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, Suriya liderinin Moskvaya səfər edəcəyi barədə məlumatı öz mənbələrinə istinadən “Al Hadath” telekanalı yaymışdı.
***
SANA agentliyinin məlumatına görə, Əhməd əl-Şaraa Moskvada rəsmi səfərdədir.













