Elm adamları yarı canlı kiborq hüceyrələri icad etdi

  • By admin
  • 03 Fevral 2023 23:23

Qarışıq bir kimyəvi prosesi tətikləyən elm adamları laboratoriyada çox yönlü, sintetik “kiborq” hüceyrələri icad etməyi bacarıblar. Hüceyrələr bölünmə və böyümə bacarığından məhrumdur, ancaq canlı hüceyrələrlə bir çox ortaq özəllikləri var.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərə görə bu suni hüceyrələrin özbaşlarına çoxalmaması önəmlidir. Onların yararlı ola bilməsi üçün diqqətlicə nəzarətdə saxlanılmaları gərəkdir. Gerçək hüceyrələrlə eyni şəkildə çoxalırsa, bu, mümkün olmaya bilər.

Yeni təşəbbüsün arxasındakı araşdırmaçılar “kiborq hüceyrələrin” xərçəng kimi xəstəliklərin sağalmasında istifadə edilə biləcəyini bildirirlər.

Amerikadakı Kaliforniya Universitetinin biomedikal mühəndisi Çemenq Tan “Kiborq hüceyrələri proqramlana bilər, yeni bacarıqlar qazana bilər və bunu edərkən təməl hüceyrəvi hərəkətlərini qoruyur”, deyir.

Aparılan sınaqlarda bu quruluşları bakteriya hüceyrələ təməl olaraq yaradıb. Daha sonra bunlara suni polimerlər artırılıb və bədənə təbii hüceyrələr kimi bağlana bilmələri üçün ultra violet işıqlara məruz buraxılıb.

Sınaqlarda bu qruluşuşların təbii hüceyrələrin ölümü ilə nəticələnən yüksək pH və anti biotik məruz qalma kimi təsirlərə qarşı daha dirənişli olduğu açıqlanıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info